Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO
Türkiyənin Adana şəhərində təqaüdçü polis məmuru Faruk Kayhan mübahisə zamanı oğlu Əhməd Kaan Kayhanı silahla vuraraq öldürüb.
TodayPress TV xəbər verir ki, daha sonra oğlunun cəsədinin yanında gözləyən Faruk Kayhan polisə zəng edərək təslim olub.
Hadisə səhər saat 11:30 radələrində Sarıçam rayonu, Gültəpə məhəlləsindəki Elif Su Uludağ küçəsində baş verib.
Təqaüdçü polis məmuru, 52 yaşlı Faruk Kayhan narkotik asılısı olduğu iddia edilən oğlu, 23 yaşlı Əhməd Kaan Kayhana pul verməkdən imtina etdikdə mübahisə yaranıb. Əhməd Kaan Kayhan atasına bıçaqla hücum edib. Faruk Kayhan daha sonra silahını çıxararaq oğlunun bədəninin müxtəlif yerlərinə atəş açıb. Əhməd Kaan Kayhan qan içində yerə yıxılıb, atası isə mobil telefonla polisə zəng edib və oğlunun cəsədinin yanında gözləyib.
Bu anlar ətrafdakılar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.