Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi?
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərinin əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
TodayPress TV xəbər verir ki, Pezeşkian bu barədə çıxışı zamanı bildirib.
Pezeşkian qeyd edib ki, müharibə planlarından biri ölkənin şimal-qərbindən və cənub-şərqindən iğtişaş və gərginlik yaratmaq olub. Lakin region ölkələri buna imkan verməyib.
“Region ölkələrinin özləri heç kimin bu istiqamətlərdən maneəsiz şəkildə daxil olaraq iğtişaşlar törətməsinə imkan vermirdilər. Bu, çox mühüm məqamdır. Qonşularımız insanların ərazilərinə daxil olaraq iğtişaş və qeyri-sabitlik yaratmasına imkan vermirdilər”, - deyə İran Prezidenti vurğulayıb.
Kübra Musayeva