Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ?

Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ?
10.08.2026 17:29 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilə görüşünün təxminən 7 saat davam etdiyini açıqlayıb.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, Pezeşkian görüşü “çox yaxşı və məhsuldar” adlandıraraq  danışıqlar zamanı İrana aid demək olar ki, bütün məsələlərin müzakirə olunduğunu bildirib. 

Onun sözlərinə görə, əsas diqqət əhalinin dolanışığı, məşğulluq və mənzil təminatı məsələlərinə yönəlib. Görüşdə həmçinin sanksiyaların yaratdığı problemlər, hökumətin və xalqın mövqeyi, eləcə də ölkə daxilində birlik və həmrəylik məsələləri müzakirə edilib.

Pezeşkian bildirib ki, Müctəba Xameneinin əsas tövsiyəsi ölkədə “birlik və həmrəyliyin” qorunması olub. Onun sözlərinə görə, hazırkı şəraitdə birlikdən vacib heç nə yoxdur, çünki “düşmənin əsas məqsədlərindən biri ölkə daxilində ixtilaf yaratmaqdır”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər