Pezeşkian: "İran ABŞ ilə razılaşma əldə edə bilər"

Pezeşkian: "İran ABŞ ilə razılaşma əldə edə bilər"
12.04.2026 20:06 Dünya

İran ABŞ ilə razılaşma əldə edə bilər.

TodayPress TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"Əgər Vaşinqton beynəlxalq normalara əməl edərsə və Tehranın “qırmızı xətləri”ni nəzərə alarsa, İran ABŞ ilə ədalətli razılaşma əldə edə bilər. Qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır. İran regionda sülh və dayanıqlı təhlükəsizliyi təmin edən balanslı və ədalətli razılaşmanın əldə olunmasına tam hazırdır”, - deyə İran Prezidenti vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər