Pezeşkian: "ABŞ və İsrail İslam ölkələrini zəiflətməyə çalışır"

Pezeşkian: "ABŞ və İsrail İslam ölkələrini zəiflətməyə çalışır"
14.03.2026 10:10 Dünya

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin regiondakı böyük İslam ölkələrini zəiflətməyə çalışdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr News Agency" məlumat yayıb.

O, bu fikirləri Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə telefon danışığı zamanı səsləndirib. Pezeşkian qeyd edib ki, Vaşinqton və Təl-Əviv İran, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı kimi regional güclərin bölgədə güclü mövqeyə sahib olmasına dözmür.

Telefon danışığı zamanı iki lider ABŞ və İsrailin İrana hücumlarından sonra yaranan son regional və beynəlxalq vəziyyəti müzakirə ediblər. Pezeşkian bildirib ki, İran hücuma məruz qaldığı vaxt danışıqlar prosesində iştirak edirdi və bunun Vaşinqtonun real həll yolu axtarmadığını göstərdiyini deyib.

İran prezidenti İslam ölkələrini müsəlman dünyasında parçalanma yaratmaq cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırıb və regionda birlik, sabitlik və sülhün gücləndirilməsini dəstəklədiyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər