Peskov: "Yaxın Şərqdə münaqişə hələ də həll olunmayıb"

Dünya

13.04.2026 16:15

"Yaxın Şərqdə münaqişə hələ də həll mərhələsindən uzaqdır".

TodayPress TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tərəflər arasında razılaşma əldə olunmadığı üçün regionda gərginlik potensialı qalmaqdadır.

“Razılaşma əldə olunmadığı üçün münaqişə potensialı qalır. Vaşinqtondan İran sahillərinin blokadası ilə bağlı açıqlamalar eşidirik, bunun nə ilə nəticələnəcəyini isə hələ bilmirik”, — deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, baş verənlər beynəlxalq səviyyədə müxtəlif sahələrə mənfi təsir göstərəcək.

“Vəziyyət hələ də həll olunmayıb. Ümid edirik ki, yenidən silahlı mərhələyə keçməyəcək”, — deyə o əlavə edib.

Qiymət Mahir

tag: Yaxın Şərq,Dmitri Peskov,Vaşinqton,İran,TodayPress TV,