Peskov: "Rusiya Fələstinə 1 milyard dollar ayırıb"

Dünya

13.02.2026 17:42

Rusiya hazırda dünyada Fələstinə 1 milyard dollar yardım ayırmaq qərarı verən yeganə ölkədir.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

O, Rusiyanın hələlik bu strukturda iştirakı ilə bağlı qərar qəbul etmədiyi bir vaxtda, Minskin Sülh Şurasında İttifaq Dövləti çərçivəsində Moskvanın maraqlarını təmsil edib-edə bilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Bu halda Minskə maraqlarımızı orada təmsil etmək üçün ehtiyac yoxdur. Əgər söhbət həqiqətən Qəzza və Fələstin məsələsindən gedirsə, Rusiyanın dünyada Fələstinə 1 milyard dollar yardım ayırmaq qərarı verən yeganə ölkə olaraq qalması çox vacibdir və bunu unutmamaq lazımdır”, – deyə Peskov bildirib.

Jalə Rövşən

TodayPress TV

tag: Fələstin,Rusiya,Dmitri Peskov,Yardım ,Todaypress.tv,