Peskov Putin–Uitkoff görüşünün vaxtını açıqladı

Peskov Putin–Uitkoff görüşünün vaxtını açıqladı
28.11.2025 22:59 Dünya

Rusiya Prezidenti Vladimir Putin gələn həftənin əvvəlində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O bildirib ki, dəqiq tarix yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də sosial şəbəkə hesabında xüsusi elçisi Uitkoffa Moskvada Putinlə görüşmək tapşırığı verdiyini açıqlamışdı.

Tramp həmçinin ABŞ-nin ordu naziri Den Driskollun Ukrayna tərəfi ilə danışıqlar aparacağını bildirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər