Peruda prezident seçkiləri keçirilir

Peruda prezident seçkiləri keçirilir
12.04.2026 12:25 Dünya

Peruda seçicilər prezident postu üçün 35 namizəd arasından seçim edəcəklər.

TodayPress TV xəbər verir ki, sorğulara əsasən, namizədlərdən heç biri 20 faizdən çox səs toplaya bilməyib.

Məlumata görə, ən populyar namizəd keçmiş prezidentin qızı Keiko Fujimori hesab olunur.

Sorğulara görə, ikinci yerdə komediyaçı Carlos Alvarez, üçüncü yerdə isə Limanın keçmiş meri Rafael Lopez Aliaga qərarlaşıb.

Qeyd olunur ki, seçkidə qalib gəlmək üçün namizəd mütləq səs çoxluğu əldə etməlidir:

“Əgər heç kim bu nəticəni əldə etməsə, ikinci tur iyunun 7-də keçiriləcək”.

Məlumata görə, Peru 2016-cı ildən bəri icra və qanunverici hakimiyyətlər arasında qarşıdurma səbəbilə dərin siyasi böhran yaşayır.

Bildirilir ki, son 10 ildə ölkədə 9 prezident dəyişib.

Seçicilər eyni zamanda 130 deputat və 60 senatoru da seçəcəklər.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər