Peruda helikopter qəzası - 15 ÖLÜ
Perunun cənubunda "Mi-17" hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Bildirilib ki, helikopter günün ikinci yarısında radarlardan itib, daha sonra onun qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində aşkar edilib.
Xilasedicilərin məlumatına görə, dörd ekipaj üzvünün və 11 sərnişin həlak olub.
Aynur TAC