Pentaqon müharibəyə hazırlaşmağa çağırdı
"Birləşmiş Ştatlar potensial hərbi münaqişələrə hazır olmalıdır".
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Kaine bildirib.
Onun sözlərinə görə, ABŞ-də qlobal təhlükələr artır və rəqiblər daha koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
Sentyabrın 30-da ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset, generallar və admirallarla keçirdiyi görüşdə Pentaqonun əsas missiyasının döyüş əməliyyatlarına yönələcəyini açıqlayıb.
Sentyabrın 5-də isə ABŞ Prezidenti Donald Tramp Pentaqonun adını dəyişdirərək “Müharibə Departamenti” olaraq təyin edib. O qeyd edib ki, “Müdafiə Departamenti” adı artıq qlobal vəziyyətə uyğun deyil.
Heqseth əlavə edib ki, 1947-ci ildən sonra Birləşmiş Ştatlar heç bir böyük münaqişədə qalib gəlməyib. Tramp isə bundan əvvəl ABŞ ordusuna böyük maliyyə vəsaiti ayıracağını vəd etmişdi.
Jalə Rövşən