Pentaqon: ABŞ Cənubi Koreyadakı ordusunu azaltmayacaq
Pentaqon Cənubi Koreyadakı ABŞ hərbçilərinin sayının azaldılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, ölkə regionda hərbi missiyasını davam etdirməkdə qəti qərarlıdır.
Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" ABŞ-nin hazırda Cənubi Koreyada yerləşən 28 500 əsgərdən bir qismini Quam və digər bölgələrə köçürmək planını nəzərdən keçirdiyini yazıb.
Türkan İsgəndərli