Pekindən Vaşinqtona gözlənilməz zəng - Van İ Rubiodan nə istədi?
Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Pekinin Vaşinqtona münasibətdə sabit və ardıcıl xarici siyasət yürütdüyünü bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Van İ bildirib ki, Çin ABŞ ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı gücləndirməyə, fikir ayrılıqlarını və həssas məsələləri lazımi qaydada tənzimləməyə hazırdır.
Nazir amerikalı həmkarına gələn həftə Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin uğurla baş tutması üçün tərəflərin bir-birinə dəstək göstərməsinin vacibliyini də vurğulayıb.
Aysel Mətləb