Pekin: ABŞ-nin sanksiyaları münaqişənin həllinə kömək etmir

Pekin: ABŞ-nin sanksiyaları münaqişənin həllinə kömək etmir
15.07.2025 12:25 Dünya

Çin ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların Ukrayna münaqişəsinin həllinə töhfə vermədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan “TASS” agentliyinə açıqlamasında deyib.

“Çin qanunsuz birtərəfli sanksiyalara və "uzunqollu yurisdiksiya"ya qəti şəkildə qarşıdır. Tarif müharibələri və təzyiq yolu ilə bu problem həll olunmayacaq”, – deyə diplomat vurğulayıb.

Çin XİN-in açıqlamasında qeyd olunub ki, Ukrayna münaqişəsinin həlli üçün yeganə yol dialoq və danışıqlardır.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər