Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO

Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO
05.06.2026 09:21 Dünya

Ermənistan dövlət televiziyasında keçirilən canlı debat zamanı maraqlı hadisə yaşanıb.

TodayPress TV xəbər verir ki, keçmiş Ombudsman və “Miatsnutyun Tver” hərəkatının lideri Armen Tatoyan debatın gərgin keçəcəyini gözlədiyi üçün özü ilə "valerian" dərmanı gətirdiyini açıqlayıb.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ona su təklif edərək zarafatla, “Gətirmisənsə, qəbul et” deyib.

Bu dialoq debatın ən diqqətçəkən məqamlarından birinə çevrilib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müşahidəçilərin fikrincə, son dövrlərdə siyasi reytinqini artıran Armen Tatoyan 2026-cı il parlament seçkilərində Nikol Paşinyan üçün əsas müxalif rəqiblərdən biri hesab olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər