Paşinyanın qızı nazirlikdə işləməyə başladı

Paşinyanın qızı nazirlikdə işləməyə başladı
11.08.2026 17:25 Dünya

Ermənistan Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan Paşinyan Ədliyyə Nazirliyində işləməyə başlayıb.

TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ədliyyə naziri Srbui Qalyanın sosial şəbəkə səhifəsində şəxsi məlumatların qorunması üzrə qurumun yaradılması ilə bağlı keçirilən işçi görüşündən fotolar yayımlanıb. Fotolarda Şuşan Paşinyan da yer alıb.

Qeyd olunub ki, Şuşan Paşinyan bu yaxınlarda Almaniyanın Robert Boş Kollecini bitirib, bundan sonra isə rəfiqəsinin tədris mərkəzində ingilis dili müəllimi kimi çalışıb.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər