Paşinyanın korteji qəza törətdi: Ölən var
Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törədib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.