Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!”
Ermənistanın Baş naziri Nikol Paşinyan “Firebird AI” süni intellekt fabrikinin açılış mərasimində çıxış edib.
TodayPress TV bu barədə erməni mediasına istinadən xəbər verir.
Paşinyan bildirib ki, sülh ölkədə iqtisadi və investisiya mühitinin dəyişməsində dönüş nöqtəsidir.
“Yaxın gələcəkdə Ermənistanın beynəlxalq investisiya xəritəsindəki mövqeyini yeni səviyyəyə qaldıracaq digər böyük layihəyə – TRIPP-ə diqqət yetirəcəyik”, - deyə o qeyd edib.
Baş nazir Ermənistanın təəssüfə ehtiyacı olmadığını vurğulayıb.
“Bunu rəsmi şəkildə deyirəm: Ermənistana təəssüf yox, tərəfdaşlıq lazımdır. Ermənistan etibarlı tərəfdaşdır”, - Paşinyan bildirib.
Kübra Musayeva