Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu?
Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Zelenski Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Həmsöhbətlər həmçinin sabit və möhkəm sülhün təşviq edilməsinin vacibliyini vurğulayaraq, regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıblar.