Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO

Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO
05.06.2026 22:25 Dünya

Ermənistanda hakim “Mülki Müqavilə” partiyası iyunun 5-də İrəvanın Respublika meydanında mitinq keçirir.

TodayPress TV bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Bildirilir ki, tətilə çıxmış Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı gözlənilir. O, partiyanın deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edir.

Xatırladaq ki, seçkiqabağı təşviqat kampaniyası mayın 8-də başlayıb və iyunun 5-i də daxil olmaqla davam edəcək. Səsvermə isə iyunun 7-də keçiriləcək. Parlament seçkilərində 16 partiya və 2 partiya bloku iştirak edir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər