Paşinyan: "Qadınlar korrupsiyaya daha az meyllidir"
"Qadınların korrupsiya hallarında iştirak ehtimalı kişilərlə müqayisədə daha azdır".
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Məhkəmə İşçiləri Gününə həsr olunmuş panel müzakirəsində çıxışı zamanı deyib.
Paşinyan qeyd edib ki, bu amil ədliyyə sektorunda çalışan qadınların fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanda ədalət sistemində mühüm vəzifələrin bir qismini hazırda qadınlar icra edir və təhsil korrupsiyaya qarşı mübarizədə əsas rol oynayır.
Jalə Rövşən