Paşinyan qadın deputatlarda “rotasiya” planlaşdırır

Paşinyan qadın deputatlarda “rotasiya” planlaşdırır
28.11.2025 11:36 Dünya

Ermənistanda hakim partiyada qadın deputatlarla bağlı mümkən dəyişikliklər gündəmdədir.

TodayPress TV xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, baş nazir Nikol Paşinyan Mülki Müqavilə fraksiyasında “qadın rotasiyası” aparmağı planlaşdırır.

İddialara görə, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri üçün siyahı hazırlanarkən ön sıralarda hazırkı deputatlar yox, baş nazirin həyat yoldaşı Anna Akopyanın başladığı “Öyrənmək dəbdədir” təşəbbüsünün üzvləri yer alacaq. Mövcud qadın deputatların isə siyahının sonlarına salınacağı bildirilir.

Nəşr qeyd edir ki, bu qərarın səbəbi açıqlanmayıb, lakin hakim partiyada səriştəli qadın kadr çatışmazlığı olduğu vurğulanır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər