Paşinyan özündən çıxdı, deputatı oğurluqda ittiham etdi - VİDEO
Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı Baş nazir Nikol Paşinyan öz siyasi mövqeyini bir neçə dəfə dəyişməsi ilə bağlı sualı cavablandırarkən əsəbləşib.
TodayPress TV xəbər verir ki, Paşinyan mövcud Konstitusiyanın münaqişə məntiqinə xidmət etdiyini və legitimlik problemi olduğunu təkrar edib.
"Mən çox şey demişəm, buna inanmışam və bunun arxasınca getmişəm, o cümlədən 2020-ci ildə və ondan əvvəl biz Qarabağ üçün heç nəyi əsirgəməmişik. Amma mən bundan İrəvanın mərkəzində tikinti aparmaq və ya milyonçu olmaq üçün istifadə etməmişəm", - deyə o, yüksək tonla bəyan edib.
Bundan sonra Paşinyan "Hayastan" ("Ermənistan") fraksiyasının deputatı Mesrop Manukyanı oğurluqda ittiham edib:
"Əgər Ermənistanda demokratiya olmasaydı, o halda sizin burada nə işiniz var idi?".
Aysel Mətləb