Paşinyan istefaya çağırıldı

Paşinyan istefaya çağırıldı
17.07.2025 10:07 Dünya

Rusiya Erməniləri İttifaqının (UAR) rəhbəri Ara Abramyan hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ya istefa verməli, ya da qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməməlidir.  

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

UAR rəhbəri əlavə edib ki, Paşinyan seçicilərə verdiyi vədləri yerinə yetirməyib və bu səbəbdən istefa verməsi daha doğru olar.

Onun sözlərinə görə, Paşinyan verdiyi vədləri yerinə yetirə bilmir.    

Bu açıqlama Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda səsləndirilib.

Paşinyan bildirib ki, İrəvan Moskva ilə münaqişə axtarışında deyil.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər