Paşinyan Azərbaycanla sülhün qarşısındakı maneəni açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə nail olunmasının qarşısındakı əsas maneə adlandırıb.
TodayPress TV xəbər verir ki, o, parlamentdə hökumət saatı zamanı çıxışında bildirib ki, hazırda yekun və dönməz sülhə gedən yolda yeganə maneə parlament müxalifətidir.
Paşinyanın sözlərinə görə, bu maneənin aradan qaldırılması üçün iki yol var: ya ictimai təzyiq formalaşdırılaraq müxalifətin mövqeyindən geri çəkilməsinə nail olmaq, ya da siyasi prosesləri elə istiqamətləndirmək lazımdır ki, həmin müxalifət parlamentdə təmsil olunmasın.
Ermənistanın baş naziri qalan məsələlərin isə texniki xarakter daşıdığını vurğulayıb.
Kübra Musayeva