Paris meri Kiyevə səfər etdi

Paris meri Kiyevə səfər etdi
21.02.2026 20:00 Dünya

Paris meri Anne Hidalqo Ukraynada münaqişənin başlanğıcından bəri altıncı dəfə Kiyevə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında məlumat verib.

“Fransız dostlar Kiyev üçün elektrik böhranı şəraitində çox vacib olan generatorlar gətiriblər. Bu gün 4 generator aldıq. Yaxın günlərdə daha dörd generator gözləyirik. Hər birinin gücü 112 kVt”, - deyə o bildirib.

Məlumata görə, Kliçko Hidalqoya təşəkkür edərək ona "Şərəf Nişanı"nı təqdim edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər