Paris Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə kömək etməyə hazırdır

Paris Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə kömək etməyə hazırdır
11.04.2026 22:00 Dünya

Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin qorunmasına töhfə verməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığından sonra “X” sosial şəbəkəsində yazıb.

"İranın Hörmüz boğazında naviqasiya azadlığını və təhlükəsizliyini mümkün qədər tez bərpa etməsi vacibdir və Fransa bunu asanlaşdırmağa hazırdır", - deyə lider bildirib.

Dövlət başçısının sözlərinə görə, İran Prezidenti ilə söhbətində o, atəşkəsə hörmət etməyin vacibliyini vurğulayıb. Makron, həmçinin Fransanın “yeganə qanuni orqan olan” Livan hakimiyyətinin hərəkətlərini tam dəstəklədiyini diqqətə çatıdırb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər