Papa XIV Leo: “Müharibəyə qarşı çıxmağa davam edəcəyəm”
"Donald Trampla açıq polemikaya girmək niyyətində deyiləm. Lakin onun administrasiyasından qorxmuram".
TodayPress TV xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.
Mübahisələr Donald Trampın “Truth Social” platformasında Papa XIV Leonu tənqid etməsindən sonra yaranıb. Tramp onu “cinayətkarlıq və xarici siyasətdə zəiflik”də ittiham edib və bildirib ki, onun prezidentliyi olmasaydı, amerikalı papa seçilməzdi.
Son həftələrdə Papa XIV Leo ABŞ və İsrailin Yaxın Şərq siyasətini tənqid edib. O, Trampın İranda sivilizasiyanı məhv etmək barədə fikirlərini qəbuledilməz adlandırıb. Papanın fikrincə, dominantlıq arzusu İsa Məsihin yoluna ziddir.
Türkan İsgəndərli