Pakistanın Baş naziri Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Rusiyaya səfər edəcək
10.11.2025 19:00 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif 2026-cı ilin birinci rübündə Rusiya Federasiyasına rəsmi səfər etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı yeni səfiri Niaz Tirmizi məlumat verib.

Diplomat bu məlumatı Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə açıqlayıb.

Xatırladaq ki, sentyabrın 2-də Rusiya Prezidenti Vladimir Putin Pakistanı Rusiyanın tərəfdaşı adlandıraraq, iki ölkə arasında inkişaf edən əlaqələri yüksək qiymətləndirdiyini vurğulamışdı. 

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər