Pakistan qüvvələri Əfqanıstanda 80-dən çox terrorçunu məhv etdi
Pakistan gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 80-dən çox qiyamçını zərərsizləşdirib.
TodayPress TV "Daily Pakistan"a istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbələr məlumat yayıb.
"Kəşfiyyat məlumatları əsasında Əfqanıstanın üç əyalətində - Nanqarhar, Paktika və Xostda qiyamçıların yeddi baza mərkəzi məhv edilib və 80-dən çox silahlı zərərsizləşdirilib", - məlumatda qeyd olunub.