Pakistan Əfqanıstanla atəşkəs barədə razılığa gəldi

Pakistan Əfqanıstanla atəşkəs barədə razılığa gəldi
15.10.2025 17:49 Dünya

Pakistan və Əfqanıstandakı "Taliban" administrasiyası 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə İslamabadın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Atəşkəs oktyabrın 15-də saat 18:00-da (Bakı vaxtı ilə 17:00) qüvvəyə minib. Nazirliyin bəyanatında bildirilir ki, tərəflər bu mürəkkəb, lakin həll edilə bilən problemin sülh yolu ilə aradan qaldırılması üçün səy göstərəcəklər.

Atəşkəs qərarı, oktyabrın 11-də Əfqanıstan–Pakistan sərhədində baş verən silahlı toqquşmalardan sonra qəbul edilib. Həmin vaxt Kunar, Nanqarhar və Hilmənd əyalətlərində atışma və partlayışlar qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər