Pakistan ABŞ nümayəndə heyətinin İslamabada gəldiyi təsdiqlədi
Pakistan Xarici İşlər Nazirliyi ABŞ nümayəndə heyətinin İslamabada gəldiyini təsdiqləyib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti J.D. Vensin rəhbərlik edir.
Heyətin tərkibinə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner də daxildir.
Məlumata görə, ABŞ nümayəndə heyəti münaqişənin həlli ilə bağlı İranla danışıqlar aparmaq məqsədilə İslamabada səfər edib.
Jalə Rövşən