Pakistan ABŞ-dən 10 milyard dollar istədi - SƏBƏB

Pakistan ABŞ-dən 10 milyard dollar istədi - SƏBƏB
25.08.2026 21:53 Dünya

Pakistan ABŞ Maliyyə Nazirliyinə 10 milyard dollar həcmində sabitləşdirici valyuta fondu yaradılması ilə bağlı rəsmi müraciət edib. 

TodayPress TV xəbər verir ki, bu, ölkə tarixində bu tipli ən böyük maliyyə tələbi hesab olunur.

Müraciətin Pakistanın ABŞ və İran arasında münaqişənin nizamlanmasında daha fəal vasitəçilik rolundan sonra edildiyi bildirilir. Bu prosesin Pakistanla Donald Tramp administrasiyası arasındakı münasibətləri gücləndirdiyi qeyd olunur.

Hazırda Pakistanın Səudiyyə Ərəbistanı, Çin və Küveytdən davamlı şəkildə yenilənməsi tələb olunan qısamüddətli ikitərəfli borclarının həcmi təxminən 12,3 milyard dollardır.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər