Özbəkistanda elektron siqaretlərin satışı tam qadağan edildi

Dünya

28.11.2025 12:12

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını və dövriyyəsini qadağan edən qanunu imzalayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qaydanı pozanlara beş ilədək həbs cəzası verilə bilər.

Qanuna əsasən, elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsi, saxlanması, daşınması, istehsalı, ölkəyə gətirilməsi və ölkədən çıxarılması tam qadağandır. Qadağanı geniş miqyasda pozanlara 300-500 əsas hesablama vahidi həcmində cərimə (təxminən 10 300-17 200 ABŞ dolları), iki ildən üç ilədək islah işləri və ya üç ildən beş ilədək həbs cəzası tətbiq oluna bilər.

Nazirlik bildirir ki, qadağan olunmuş əşyaları könüllü şəkildə təhvil verən şəxslər məsuliyyətdən azad ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Özbəkistan,Siqaret,Qadağa,Elektron,Todaypress.tv,