Orban Ukraynanı ittiham etdi

Dünya

24.01.2026 16:00

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkənin daxili siyasətinə və aprelin 12-də keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham edib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Orban bildirib ki, Ukrayna Macarıstan seçkilərinə açıq şəkildə müdaxilə edir və təhdidlər səsləndirir. Onun sözlərinə görə, Kiyev mümkün qədər tez maliyyə resursları əldə etməyə və Avropa Birliyinə üzv olmağa çalışır.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin olunub. Hakim Fidesz–Macarıstan Vətəndaş Birliyi partiyası baş nazir postuna namizəd kimi yenidən Viktor Orbanı irəli sürüb.

Seçkilərdə həmçinin Peter Magyar, Laszlo Toroçkay, Gergeli Kovaç, Klara Dobrev və İmre Komyati də namizədlər sırasındadır.

Jalə Rövşən 

TodayPress TV


tag: Viktor Orban ,Ukrayna ,İttiham ,Seçki ,Todaypress.tv,