Orban: "Macarıstan Rusiya təyyarələrini vuracaq"
Macarıstan Baş naziri Viktor Orban Rusiya pilotsuz təyyarələrinin və ya digər hava vasitələrinin Macarıstanın hava məkanını qəsdən, o cümlədən təsadüfən pozması halında onların məhv ediləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Orban bu barədə deyib:
“Biz bundan qorxmuruq və onları mütləq vuracağıq”.
O, həmçinin Qərbi avropalıların Rusiyanın pilotsuz təyyarələri və təyyarələrinin bir neçə ölkənin hava məkanını pozmasına münasibətini yanlış hesab etdiyini vurğulayıb.
Jalə Rövşən