Orban haqqında həbs qərarı çıxarıldı - Baş nazirin ailəsini sarsıdan skandal

Orban haqqında həbs qərarı çıxarıldı - Baş nazirin ailəsini sarsıdan skandal
11.11.2026 23:30 Dünya

Macarıstanda məhkəmə keçmiş Baş nazir Viktor Orbanın kiçik qardaşı, sahibkar Aron Orbanın bir ay müddətinə həbs edilməsinə qərar verib.

TodayPress TV xəbər verir ki, o, “nüfuz alveri” və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.

Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozonun bildirdiyinə görə, onun əlbir olduğu şəxslərdən birinə də eyni qətimkan tədbiri tətbiq edilib, daha bir nəfər ev dustaqlığına göndərilib, dördüncü şübhəli isə sərbəst buraxılıb.

“Məhkəmənin iş üzrə bütün şəxslərə qarşı şübhələrin əsaslılığı ilə bağlı heç bir tərəddüdü yoxdur. Məcburi tədbirlərin tətbiq olunduğu üç şübhəli ilə bağlı məhkəmə onların gizlənə və ədalət mühakiməsindən yayınmağa cəhd göstərə biləcəkləri qənaətinə gəlib. Məhkəmə həmçinin onlara qarşı irəli sürülən cinayətin ağırlıq dərəcəsini, təqsirləri sübuta yetiriləcəyi təqdirdə verilə biləcək ağır hökmü, eləcə də şübhəlilərin geniş beynəlxalq əlaqələrə malik olmasını nəzərə alıb”, – deyə Bozo bildirib.

Aron Orban və onun biznes tərəfdaşları əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarının pul müqabilində Avropaya köçməsinə kömək etməkdə şübhəli bilinirlər. İstintaqın versiyasına görə, onlar xaricdəki Macarıstan səfirliklərində Şengen vizalarının rəsmiləşdirilməsinə yardım edib və bunun müqabilində şəxsi mükafat alıblar. Hesab olunur ki, 2024-cü ildə onlar bu cür xidmətləri qanunsuz olaraq yüzdən çox şəxsə göstəriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər