Orban: “Avropa Ukrayna vasitəsilə Rusiya ilə müharibə aparır”

Orban: “Avropa Ukrayna vasitəsilə Rusiya ilə müharibə aparır”
06.06.2025 12:30 Dünya

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynanı proksi müharibə alətinə çevirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Orban bu fikirləri “Kossuth” radiosuna müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Brüssel Ukraynalıların guya Avropanın təhlükəsizliyi üçün döyüşdüyünü düşünür, amma əslində Avropa Rusiya ilə başqasının əli ilə savaş aparır.

“Ukraynalıların bizim üçün döyüşdüyü iddia olunur, amma əslində bizim yerimizə başqalarının əli ilə aparılan bir müharibədir - bu, klassik proksi müharibədir”, - deyə Orban vurğulayıb.

O əlavə edib ki, Macarıstan bu siyasətlə razı deyil və atəşkəsin tezliklə əldə olunmasının tərəfdarıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər