"Onunla münasibətləri tam bitirmirəm” – Trampın etirafı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə bağlı məyusluğunu ifadə etsə də, onunla münasibətləri tamamilə dayandırmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu fikirləri Tramp “BBC” telekanalına müsahibəsində səsləndirib.
“Mən onun üçün məyusam, amma onunla münasibətləri bitirmirəm”, - deyə o vurğulayıb.
Rusiya prezidentinə etibar edib-etmədiyi ilə bağlı suala isə Tramp belə cavab verib:
“Mən demək olar ki, heç kimə etibar etmirəm”.
Qiymət Mahir