"Onlar mənə lazım deyildilər" - Trampdan NATO müttəfiqlərinə sərt mesaj
ABŞ İrana zərbələr endirərkən digər ölkələrin dəstəyinə ehtiyac duymayıb, Vaşinqtonun kömək istəyi isə NATO müttəfiqləri üçün bir sınaq idi.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “BBC”yə verdiyi müsahibəsində danışıb.
"Onlar mənə heç lazım deyildilər, lakin orada olmalı idilər. Sözsüz ki, mən onlara ehtiyac duymurdum. Biz İranın hərbi gücünü tamamilə məhv etdik. Mənim heç kimə ehtiyacım yox idi", - deyə Tramp bəyan edib.
Eyni zamanda, o, dəstək xahişini “sınaq” adlandırıb.
İranla razılaşmanın əldə olunma şanslarından danışan Amerika lideri bildirib ki, qarşı tərəf saziş bağlamağa can atır.
Aysel Mətləb