Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI

Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI
05.08.2026 23:04 Dünya

Hörmüz boğazının tam açılması ABŞ-nin mövqeyindən asılı olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi danışıb.

O, Oman ilə Hörmüz boğazı üzrə danışıqların son mərhələyə qədəm qoyduğunu və müzakirə olunan marşrutun 2 aydan 4 aya qədər davam etməsi gözlənilən "müvəqqəti marşrut" olduğunu bildirib.

K. Qəribabadi Oman ilə Hörmüz boğazı məsələsində aparılan danışıqlar nəticəsində əldə olunan razılaşmanın son mərhələsinə yaxınlaşdığını açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər