Nyu-Yorkda bina çökdü

Nyu-Yorkda bina çökdü
01.10.2025 18:04 Dünya

ABŞ-nin şəhəri Nyu-Yorkun Bronks bölgəsində çoxmərtəbəli yaşayış binası qismən uçub. 

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Hadisə yerli vaxtla səhər saat 8:13-də (Bakı vaxtı ilə 16:13-də) baş verib.

Nyu-York şəhərinin yanğınsöndürmə idarəsi hadisəni “böyük fövqəladə hal” kimi qiymətləndirib. Xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirir. Hazırkı məlumata görə, xəsarət alan yoxdur.

İlkin olaraq partlayış baş verdiyi barədə məlumat verilsə də, bu, hələlik rəsmi təsdiqini tapmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər