Novorossiyskdə PUA hücumu: Limandakı iri taxıl terminalına zərbə endirildi - VİDEO
Rusiyanın Novorossiysk şəhəri 12 avqust gecə saatlarında PUA hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, hücum zamanı şəhər limanında yerləşən Novorossiysk Taxıl Məhsulları Kombinatının (NKXP) ərazisinə zərbə endirilib və burada yanğın başlayıb.
NKXP Rusiyanın ən iri taxıl terminallarından biridir. Müəssisənin təxminən 250 min ton taxıl saxlamaq gücü var və terminal ümumi çəkisi 72 min tona qədər olan iri yük gəmilərini qəbul edə bilir.
Hadisənin müəssisəyə vurduğu zərərin miqyası və terminalın fəaliyyətinə təsiri barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Türkan İsgəndərli