Norveç Ukraynaya 400 milyon dollarlıq maliyyə dəstəyi göstərəcək

Norveç Ukraynaya 400 milyon dollarlıq maliyyə dəstəyi göstərəcək
12.01.2026 15:30 Dünya

Norveç Ukraynaya bu qış mövsümündə əsas ehtiyaclarını dəstəkləmək üçün 400 milyon dollar vəsait ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə yanvarın 12-də Ukrayndada rəsmi səfərdə olan Norveçin xarici işlər naziri Espen Bart Eide “X” səhifəsində paylaşım edib.

Nazirin sözlərinə görə, vəsaitin yarısı qış mövsümündə təcili ehtiyaclara xərclənəcək: “Bu, qazın alınması və enerji infrastrukturunun təmirini əhatə edir. Qalan 200 milyon dollar isə Ukraynanın dövlət büdcəsinin dəstəklənməsinə yönəldiləcək”.

TodayPress TV




XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər