Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu

Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu
10.08.2026 20:40 Dünya

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, onların meyitləri məhkəmə-tibbi ekspertiza başa çatdıqdan sonra vətənlərinə göndəriləcək.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində 13 nəfər həlak olub, 70-dən çox insan tibbi yardım üçün müraciət edib, 21 yaralı xəstəxanaya yerləşdirilib.

Tatarıstanda həlak olanlarla əlaqədar matəm elan edilib.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər