Niderlandda ən gənc baş nazir and içdi
Dünya
24.02.2026 01:44
Niderland Kralı Villem-Aleksandr ölkə tarixində ən gənc baş nazir, 38 yaşlı "D66" partiyasının lideri Rob Yettenin rəhbərlik etdiyi hökumətin andiçməsini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Hakim koalisiyaya "D66" ilə yanaşı sağ-liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası və Xristian Demokrat Çağırış Partiyası daxildir.
Yeni baş nazir Yetten Ukraynaya dəstəyini davam etdirəcəyini, Avropada Niderlandın təsirini gücləndirmək istədiyini və ABŞ ilə münasibətlərin vacibliyini vurğulayıb.
Koalisiyanın planına görə, 2027-ci ildən Ukraynaya hər il 3.4 milyard avro ayrılacaq, müdafiə xərcləri 2035-ci ilə qədər ÜDM-in 3.5%-inə yüksələcək, Silahlı Qüvvələrin sayı 122 000 nəfərə çatdırılacaq, zərurət yaranarsa, hərbi xidmətə çağırış qismən bərpa ediləcək.
tag: Niderland,Villem-Aleksandr, Baş nazir, And İçmə, todaypress.tv,
