Niderland Ukraynaya yardım paketi ayırdı
Niderland Ukraynaya 435 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans bildirib.
Nazirin sözlərinə görə, bu paket çərçivəsində Hollandiya Ukraynaya 100-dən çox müxtəlif tipli gəmi verəcək. Bunlara ələ keçirən gəmilər, nəqliyyat və patrul katerləri daxildir.
Bundan əlavə, Kiyev 50-dən çox dəniz pilotsuz uçuş aparatı, həmçinin ehtiyat hissələri və sensorlar alacaq.
Türkan İsgəndərli