Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırdı
İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək.
TodayPress TV xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun videomüraciətində deyilir.
Bildirilir ki, yerli sakinlər oranı dərhal tərk etməlidirlər.
O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.
"Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.