Netanyahu Livana səfər etdi
Dünya
12.04.2026 23:21
İsrailin Baş naziri Benyamin Netanyahu döyüşlər başlayandan bəri ilk dəfə Livan ərazisinə keçərək İsrail Müdafiə Qüvvələrinın nəzarətində olan bölgələrə baş çəkib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.
Səfər zamanı Netanyahunu müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və Şimal Komandanlığının rəhbəri Rafi Milo müşayiət edib. Onlar Qaliley Diviziyasının komandiri Yuval Gez ilə görüş keçiriblər.
Netanyahu əsgərlərlə görüşərək onlara təşəkkür edib və bildirib ki, yaradılan “təhlükəsizlik bufer zonası” Livandan gələn hücum riskini azaltmağa kömək edir. O qeyd edib ki, əldə olunan nəticələrə baxmayaraq, qarşıda hələ görüləsi işlər var.
"CNN" isə bildirir ki, Livanda münaqişə başlayandan bəri 1 milyondan çox insan evlərini tərk edib. Son hücumlar nəticəsində minlərlə yaralı və çox sayda ölən olduğu qeyd olunur.
İsrael Katz Livanın cənubundakı bəzi kəndlərin dağıdıldığını açıqlayıb və təhlükəsizlik səbəbilə yüz minlərlə sakinin evlərinə qayıtmasına icazə verilmədiyini bildirib. O, həmçinin Rəfah və Xan Yunis kimi bölgələrdə tətbiq edilən taktikalara bənzər əməliyyatların planlaşdırıldığını iddia edib.
Türkan İsgəndərli
tag: Netanyahu,İsrail,Livan,Səfər,Todaypress.tv,
