Netanyahu kimi hədələdi? - "Bizə ilişməyin — nə indi, nə də sonra!"
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində ölkəsinə hücum təhlükəsinin olduğunu iddia edir.
TodayPress TV xəbər verir ki, bu barədə o, İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) "Tel-Nof" aviabazasında lentə alınan video müraciətində bildirib.
"Əlimizdə seçkilərdən əvvəl düşmənlərimizin bizə hücum etməyə cəhd göstərəcəyinə dair məlumatlar var. Bünə görə də İsrail Dövlətinin uzun qolunun fəaliyyət göstərdiyi bu HHQ bazasından onlara müraciət edərək belə bir mesaj ünvanlayıram: bizə ilişməyin — nə indi, nə də sonra. Bizim uzun qolumuz harada və nə vaxt olursa olsun, sizə çatacaq", - deyə o vurğulayıb.
Aysel Mətləb